Müsabiqə haqqında

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və RÄNG leyblın tərəfdaşlığı, “GəncSİMA” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən Azərbaycan Dövlət Televiziyasında (AzTV) teleşou formatında yayımlanan “SƏHNƏDƏ" Gənc İstedadlar Müsabiqəsi ölkəmizdə gənclərin inkişafına yönəlmiş layihələrdən biridir. Müsabiqə paytaxt və regionlarda yaşayan gənclərimizin musiqi sahəsində bacarıqlarını nümayiş etdirməsinə və yaradıcılıq potensialının aşkarlanmasına şərait yaradır. Azərbaycan gəncliyinin cəmiyyətdəki roluna böyük önəm verən layihə gənclərimizin mədəniyyət və yaradıcılıq sahələrində özlərini kəşf etməsinə və bacarıqlarını nümayiş etdirməsinə dəstək göstərəcəkdir. Azərbaycanın milli musiqi sənətinin inkişafına yönəlmiş müsabiqə çərçivəsində 16-25 yaş aralığında olan gənclər özlərinin müxtəlif növdə musiqi ifalarını nümayiş etdirəcəklər. Bakı şəhəri də daxil olmaqla, respublikanın 7 şəhərində baş tutacaq kastinqlərdə minlərlə gənc öz ifa bacarığını göstərmək şansı qazanacaq. Müsabiqəyə son müraciət tarixi 10 iyun 2021-ci ildir.