"SƏHNƏDƏ" Gənc İstedadlar Müsabiqəsinin finalı 2 oktaybr 2021-ci il tarixində Bakı Konqres Mərkəzində keçirilmişdir. Respublikanın 7 şəhərində keçirilən kastinqlərdə seçilən 10 finalist bir-birindən fərqli musiqilərdə münsiflər qarşısında çıxış etmişdir. Müsabiqənin finalı Mədəniyyət Televiziyası vasitəsilə canlı yayımlanmışdır. Seçim turlarında (kastinqlərdə) iştirak münsiflər finalda da gənc istedadların ifa və çıxışlarını qiymətləndirmişlər. Layihənin 3 qalibindən ikisi münsiflərin rəyi, sonuncusu isə izləyicilərin "gencistedad.az" saytı vasitəsilə etmiş olduğu səsvermə əsasında müəyyənlənmişdir.

Aşağıdakı youtube keçidindən istifadə edərək final konsertini izləyə bilərsiz.
https://www.youtube.com/watch?v=stLZnGOI1_c