"SƏHNƏDƏ" Gənc İstedadlar Müsabiqəsinin Gəncə şəhəri üzrə kastinqləri 19 iyul 2021-ci il tarixində Gəncə Dövlət Dram Teatrında keçirilmişdir. Müsabiqənin seçim mərhələsində onlayn qeydiyyatdan keçən gənclərin ifaları münsiflər heyəti tərəfindən qiymətləndirilərək uğurlu hesab edilən 26 müraciətçi kastinqlərə dəvət olunmuşdur. Gəncə şəhər kastinqinin "gizli ulduzu" isə tanınmış xanım müğənni Natavan Həbibi olmuşdur.

Aşağıdakı youtube keçidindən istifadə edərək Gəncə şəhər kastinqini izləyə bilərsiz.
https://www.youtube.com/watch?v=hn4fsgbrDbE