"SƏHNƏDƏ" Gənc İstedadlar Müsabiqəsinin Lənkəran şəhəri üzrə kastinqləri 12 iyul 2021-ci il tarixində Lənkəran şəhər Mədəniyyət Mərkəzində keçirilmişdir. Müsabiqənin seçim mərhələsində onlayn qeydiyyatdan keçən gənclərin ifaları münsiflər heyəti tərəfindən qiymətləndirilərək uğurlu hesab edilən 21 müraciətçi kastinqlərə dəvət olunmuşdur. Lənkəran şəhər kastinqinin "gizli ulduzu" isə "EMMAwards" mükafatının qalibi olan İlhamə Qasımova olmuşdur.

Aşağıdakı youtube keçidindən istifadə edərək Lənkəran şəhər kastinqini izləyə bilərsiz.
https://www.youtube.com/watch?v=YOBlUNjimbs&t=275s