"SƏHNƏDƏ" Gənc İstedadlar Müsabiqəsinin Naxçıvan şəhəri üzrə kastinqləri 27 iyul 2021-ci il tarixində Naxçıvan Dövlət Dram Teatrında keçirilmişdir. Müsabiqənin seçim mərhələsində onlayn qeydiyyatdan keçən gənclərin ifaları münsiflər heyəti tərəfindən qiymətləndirilərək uğurlu hesab edilən 23 müraciətçi kastinqlərə dəvət olunmuşdur. Naxçıvan şəhər kastinqinin "gizli ulduzu" isə Türkiyənin məhşur "Manga" rok qrupunun solisti olan Fərman Akgül olmuşdur.

Aşağıdakı youtube keçidindən istifadə edərək Naxçıvan şəhər kastinqini izləyə bilərsiz.
https://www.youtube.com/watch?v=ZdQS4ZSAl-E