"SƏHNƏDƏ" Gənc İstedadlar Müsabiqəsinin Quba şəhəri üzrə kastinqləri 15 iyul 2021-ci il tarixində Quba Mədəniyyət Mərkəzində keçirilmişdir. Müsabiqənin seçim mərhələsində onlayn qeydiyyatdan keçən gənclərin ifaları münsiflər heyəti tərəfindən qiymətləndirilərək uğurlu hesab edilən 24 müraciətçi kastinqlərə dəvət olunmuşdur. Quba kastinqinin "gizli ulduzu" isə müasir esterada səhnəsinin ən populyar kişi ifaçılarından olan Zamiq Hüseynov olmuşdur.

Aşağıdakı youtube keçidindən istifadə edərək Quba kastinqini izləyə bilərsiz.
https://www.youtube.com/watch?v=1EuR-DdDu5A&t=1143s