"SƏHNƏDƏ" Gənc İstedadlar Müsabiqəsinin Şəki şəhəri üzrə kastinqləri 17 iyul 2021-ci il tarixində Şəki Dövlət Dram Teatrında keçirilmişdir. Müsabiqənin seçim mərhələsində onlayn qeydiyyatdan keçən gənclərin ifaları münsiflər heyəti tərəfindən qiymətləndirilərək uğurlu hesab edilən 23 müraciətçi kastinqlərə dəvət olunmuşdur. Şəki şəhər kastinqinin "gizli ulduzu" isə bəstəkar, şairə, söz yazarı Aytən İsmixanova olmuşdur.

Aşağıdakı youtube keçidindən istifadə edərək Şəki şəhər kastinqini izləyə bilərsiz.
https://www.youtube.com/watch?v=hsXzlWoTrJ8&t=2300s