"SƏHNƏDƏ" Gənc İstedadlar Müsabiqəsinin Yevlax şəhəri üzrə kastinqləri 20 iyul 2021-ci il tarixində Heydər Əliyev Sarayında keçirilmişdir. Müsabiqənin seçim mərhələsində onlayn qeydiyyatdan keçən gənclərin ifaları münsiflər heyəti tərəfindən qiymətləndirilərək uğurlu hesab edilən 16 müraciətçi kastinqlərə dəvət olunmuşdur. Yevlax şəhər kastinqinin "gizli ulduzu" isə bəstəkar, hitmaker Muxtar Abseynov olmuşdur.

Aşağıdakı youtube keçidindən istifadə edərək Yevlax şəhər kastinqini izləyə bilərsiz.
https://www.youtube.com/watch?v=hrPdCbbMnqM&t=41s