Müsabiqə dörd mərhələdə həyata keçirilir:
I mərhələ
Müraciət - www.gencistedad.az saytı vasitəsilə istedadına və özünə güvənən gənclər müsabiqəyə müraciət edə bilərlər.II mərhələ
Seçim – Müraciətlər təşkilatı komanda tərəfindən yoxlanılır və iştirakı məqbul hesab edilən müraciətçilərlə əlaqə saxlanılır.III mərhələ
Kastinq – Seçim mərhələsini uğurla tamamlayan gənclər kastinqlərdə iştirak haqqı əldə edirlər. Kastinqlər respublika üzrə 7 böyük şəhər və rayonda təşkil olunur.IV mərhələ
Final – Müsabiqənin kastinq mərhələsindən sonra seçilən 10 nəfər finalçı ilə birgə yekun konsert proqramı keçirilir. Tədbirdə finalçılar arasından seçilən 3 nəfər müsabiqənin qalibi elan olunur. Eyni zamanda müxtəlif nominasiyalar üzrə qaliblərin təltif edilməsi baş tutur.